Tarlaya girən inək üstündə ailə davası: 5 ölü, 6 yaralı
23 May 2010 Bazar 00:20
Hadisə Türkiyənin Diyarbəkir vilayətində baş verib.
Türkiyənin Diyarbəkir vilayətində iki ailə arasında silahlı qarşıdurma baş verib.
Hadisə vilayətin Köyürbaşı kəndində baş verib. Silahlı qarşıdurma nəticəsində 4 nəfər hadisə yerində, daha biri isə xəstəxanada dünyasını dəyişib. Yaralının 6 nəfər hazırda xəstəxanadadır.
Diyarbəkir valisi Hüseyn Avni Mutlu davanın bir inəyin tarlaya girməsindən qaynaqlandığıı bildirib.
Hadisə ilə bağlı araşdırma aparılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: