Tarkanın Türkiyə “sevgisi”
05 Fevral 2011 Şənbə 06:25
Müğənni “Eurovision” mahnı müsabiqəsində Türkiyəni təmsil etmək üçün TRT-dən 5 milyon dollar tələb edib
Türkiyənin məşhur müğənnisi Tarkan Tevetoğlu ölkəsini 2011-ci il “Eurovision” mahnı müsabiqəsində təmsil etmək üçün TRT-dən 5 milyon dollar tələb edib. ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, daha əvvəl bu müsabiqədə iştirak etməyəcəyini deyən meqastar keçirilən anketlərin əksəriyyətində ilk sırada göstərilib. TRT rəhbərliyi müğənni ilə sövdələşərək bu məbləği 3 milyon dollar olaraq müəyyənləşdirmək istəsələr də Tarkan “5 milyondan az olmaz!” – deyib.
TRT rəhbərliyi isə “Eurovision” mahnı müsabiqəsində Türkiyəni “Yüksek Sadakat” qrupunun təmsil etməsinə qərar verib. Bu məqsədlə TRT rəhbərliyi ilə görüşməyən, hətta namizədlər siyahısında adlarının olduğundan xəbərləri olmayan qrup üzvlər ilə 300 000 dollar qarşılığında razılığa gəliblər. Qeyd edək ki, “Yüksek Sadakat”la əldə olunan razılıqda keçən il keçirilən müsabiqədə iştirak edən “Manqa” qrupunun 2-ci yer tutmasının da rolu olduğu bildirilir.
DOSTLARINLA PAYLAŞ: