Rusyanın paytaxtı Moskvadakı tarixi "Qızıl meydan" çiçəklərə qərq olub. ANS PRESS-in məlumatına görə, meydanın yaxınlığındakı ticarət mərkəzi GUM 120 illiyini qeyri-adi formada - çiçək festivalı ilə qeyd edir.
Festival üçün 700 min çiçəkdən istifadə edilərək dörd min kvadrat metrlik xalı hazırlanıb. Festival 6 gün davam edəcək.
Bu müddət ərzində çiçəklərin təravətini qorumaqsı üçün xüsusi sulama üsulundna istifadə ediləcək. Ölkənin ən böyük meydanında daş döşəmələri qorumaq üçün güllər taxta çərçivə qablarda yerləşdirilib.