Tarixi məscidlərdə ingiliscə moizə oxunacaq
05 Yanvar 2012 Cümə Axşamı 04:53
Müsəlman turistlər cümə namazı qıldıqdan sonra oxunan xütbənin ingiliscə icmalı ilə tanış olacaqlar.
İstanbul şəhərindəki tarixi məscidlərdə oxunan xütbənin (Cümə namazına aid xüsusi moizə) ingilis dilində icmalı da turistlərə çatdırılacaq. Bu barədə məlumatı Türkiyənin rəsmi din qurumunun sədri Mehmet Görmez İstanbul valisi Hüseyn Avni Mutlunu ziyarəti vaxtı deyib. Professor Görmez sadəcə Sultanəhməd camesini hər cümə namazı vaxtı 500-dən çox, bəzən 1 000-ə yaxın əcnəbi turistin ziyarət etdiyini bildirib. “Sultanəhməddəki xütbələrimizin ingiliscə icmalını verərək gələn turistlərin natiqin bu həftə nə danışdığını bilməsini təmin etməyi çox əhəmiyyətli görürük. Yaxın vaxtlarda bunu da görəcəksiniz. Tarixi camelərimizə gələn müsəlman turistlər cümə namazı qıldıqdan sonra oxunan xütbənin ingiliscə icmalı ilə də tanış olacaqlar”.
DOSTLARINLA PAYLAŞ: