Tarixi arxiv binası çöküb
04 Mart 2009 Çərşənbə 11:30
Dağıntılar altında ölən və yaralananların olduğu bildirilir

 

Almaniyanın Köln şəhərində tarixi arxiv binası və ona bitişik iki bina çöküb. Binaların çökməsinə səbəb metro xəttinin genişləndirilməsi işləri olub. Türkiyə mətbuatının məlumatına görə, dağıntılar altında 7 nəfər qalıb. Xilas edilən beş nəfər yaralıdan isə ikisi milliyyətcə türkdür. Şahidlərin sözlərinə görə, onlardan biri azyaşlı, digəri isə yaxınlıqdakı kafenin sahibi olub. Hələlik ölənlərin olub-olmaması və yaralıların sayı barəsində dəqiq məlumat verilməyib.

Binaların çökməsindən sonra yaxınlıqda yerləşən məktəb binasındakı şagirdlər və müəllimlər də evakuasiya ediliblər. Əraziyə insanların girişi qadağan edilib. Xilasedicilər dağıntılar altında qalanları çıxarmaq istiqamətində işləri davam etdirirlər./ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar