Tarixdən xəbərsiz Paris meri
26 Aprel 2014 Şənbə 11:28
Öz sakinlərini unudan mer ermənilərin dərdinə düşüb.
Parisin yeni meri türk xalqına nəyin lazım olduğunu yaxşı bilir. Amma yaxşı olardı ki, o bu gün elə də yaxşı vəziyyətdə olmayan parislilər haqqında narahat olardı.
Fransa paytaxtının yeni Ann İdalqo bu günlərdə çıxış edərək Türkiyə hakimiyyətini qondarma erməni soyqırımını tanımağa çağırıb. O, çıxışını bunun türk xalqına çox lazım olması ilə əsaslandırıb.
Onun bunu niyə ətraflı açmadığı isə deyəsən özünün kiçik sirridir. Ümumiyyətlə maraqlıdır ki, başqa xalqa nəyin lazım olub-olmadığını necə demək olar. Təbii ki, Paris rəhbərinin bu çıxışı ermənilərin gur alqışına səbəb olub. A.İdalqo elə o dəqiqiə Ermənistanın ən yaxşı dostu adlandırılıb və onun üçün əlverişli olan istənilən zamanda İrəvana səfərə dəvət edilib.
Yəqin ki, A.İdalqonun müşavirlərinin erməni-türk münasibətlərindən elə də yaxşı başları çıxmır. Yoxsa onlar Türkiyənin baş naziri Ərdoğanın dəfələrlə tarixçi-alimlərin görüşünü təşkil etməyi, bu zaman bütün arxivləri açmağı, baş verən hadisələrə siyasətçilərin deyil, tarixçilərin qymət verməli olduğunu təklif etdiyini deyərdilər.
Amma bu hələ təklifdir, İrəvan tərəfindən bu təklifə hələlik heç bir reaksiya verilməyib. Birdən Ankaranın haqlılığını sübut edən hər hansı sənəd üzə çıxar. Axı bu qondarma soyqırım İrəvana lazımdır ki, xalqın başını qatsın, günü gündən azalan əhalini ölkədə günü-gündən artan problemlərdən uzaqlaşdırsın.
İşi başından aşan Paris merinin nə üçün bu cür sözlər deməsi aydın deyil. Bir şey qalır - bu yolla Ann İdalqo ona səs verən Parisdəki ermənilərlə "hesablaşır".
DOSTLARINLA PAYLAŞ: