Tarik Əziz: “Obama ikiüzlü siyasətçidir”
06 Avqust 2010 Cümə 16:10
İraqın keçmiş XİN rəhbəri Tarik Əziz ABŞ-ı tənqid edən müsahibə verib.
İraqın keçmiş baş nazir müavini və xarici işlər naziri Tarik Əziz ABŞ rəhbərliyini ittiham edən açıqlama ilə çıxış edib. "CNN Türk"ün məlumatına görə, Tarik Əziz “ABŞ İraqı qurdlara qoyub gedir” və “Barak Obama ikiüzlü siyaəstçidir” kimi fikirlər səsləndirib.

2006-cı ilin dekabrında edam edilən İraq prezidenti Səddam Hüseynin ən yaxın adamlarından olan Tarik Əziz yeddi il bundan qabaq həbs edilib. O bu illər ərzində ilk dəfə Bağdaddakı Kazımiyyə həbsxanasında İngiltərənin “Guardian” qəzetinə müsahibə verib.

Əziz ABŞ rəhbərliyini indiki vəziyyətdə İraqdan silahlı qüvvələrini geri çəkməməyə çağırıb. “Hər birimiz ABŞ və İngiltərənin qurbanlarıyıq. Ölkəmizi hər mənada öldürdülər. Səhv edilən zaman bu səhvi düzəltmək lazımdır. İraqı məhv edib çıxıb getmək yanlışdır”, - deyə Tarik Əziz bildirib.

Sabiq nazir onu da deyib ki, Səddam Hüseyn İraqı 30 ilə tikdi, indi isə hər şey dağıdılıb: “Əvvəlkindən çox xəstə, ac adam var. Obama prezident seçilən zaman ümidlənmişdim. Onun Buşun səhvlərini təkrar etməyəcəyini düşünürdüm. Ancaq Obama iki üzlüdür, İraqı qurdların pəncəsində qoyub çıxır”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar