Tanzaniyada göyərtəsində 290 sərnişin olan bərə batdı
19 İyul 2012 Cümə Axşamı 10:33
Hadisə nəticəsində 27 nəfər ölüb, 100-dən çox adam itkin düşüb.
Tanzaniya sahillərində göyərtəsində 290 nəfərin olduğu bərənin batması nəticəsində 27 nəfər ölüb. 100-dən çox adam isə itkin düşmüş hesab edilir. Bərə sərnişinləri Dar-əs-Salam şəhərindən Zənzibar şəhərinə aparırmış. Göyərtədə 12 xarici ölkə vətəndaşının olduğu bildirilir.
Bərənin batmasının səbəbləri hələlik məlum olmasa da, pis hava şəraiti və yolda bərənin mühərrikinin sıradan çıxması, eləcə də 250 nəfər üçün nəzərdə tutulmuş bərədə sərnişinlərin sayının artıq olması versiyaları nəzərdən keçirilir.
DOSTLARINLA PAYLAŞ: