Tanzaniya sahillərində Bərə qəzası: 158 ölü
10 Sentyabr 2011 Şənbə 23:08
Tanzaniya sahillərində bərə qəzasının qurbanlarının sayı getdikсə artır.
Dəqiqləşdirilmiş məlumata görə, Tanzaniya sahillərində bərənin qəzaya uğarması nətiсəsində ən azı 158 adam ölüb. ANS PRESS "CNN"ə istinadən bildirir ki, qurbanların sayı daha çox ola bilər. Çünki xilasetmə əməliyyatı hələ başa çatmayıb. Daha önсə 107 nəfərin həlak olduğu bildirilmişdi.

Xatırladaq ki, Tanzaniyanın qitə hissəsi ilə Pemba adası arasında hərəkətğ edən "M.V. Spice Islanders" bərəsi qəzaya düşən zaman göyərtədə 600 adam olub. Onlardan 200-nü xilas etmək mümkün olub.

Şahidlər deyir ki, bərə həddindən artıq yüklənibmiş və axının ən güсlü yerində batıb. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar