Tansu Çiller konstitusiya dəyişikliyi üçün keçiriləcək referenduma dəstək verdi
08 Avqust 2010 Bazar 01:05
Tansu Çiller bu dəyişikliyin Türkiyənin mənfəətinə olacağını bildirib.
Türkiyənin sabiq baş naziri Tansu Çiller ölkə konstitusiyasına dəyişikliklər etmək məqsədilə sentyabrın 12-də referendum keçirməyə hazırlaşan AKP hökumətinə (Hakim Ədalət və İnkişaf partiyası) dəstək verib. Özü ilə eyni vaxtda millət vəkili olmuş Doğru Yol partiyasının (DYP) üzvləri ilə görüşən Çiller bu dəyişikliyin Türkiyənin mənfəətinə olacağını bildirib. Sabiq baş nazir diqqətləri xüsusilə dəyişiklik paketindəki “məhkəmə sistemi” barədə islahatlara cəlb edərək bunun ölkə üçün faydalı olacağını vurğulayıb. Referendumu dəstəklədiyini deyən Tansu Çiller bunun əleyhinə olanların səhv etdiyini bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar