Tanınmış rejissor uşaqbazlıqda günahlandırılır
17 Aprel 2014 Cümə Axşamı 18:30
Kino ulduzunun bu əməli 15 il qabaq Havay adasındakı Kaylua-Kona kurortunda törətdiyi iddia edilir.
ABŞ-da "X adamlar" filminin rejissoru və ssenari müəllifi Brayan Singer həddi-buluğa çatmamış oğlan uşağını zorlamaqda günahlandırılır.
ANS PRESS-in məlumatına görə, prodüser aktyor olmaq istəyən yeniyetməni yoldan çıxarmaqda ittiham edilir. Kino ulduzunun bu əməli 15 il qabaq Havay adasındakı Kaylua-Kona kurortunda törətdiyi iddia edilir.
İstintaq versiyasına görə, 1999-cu ildə rejissor Nevada ştatının 17 yaşlı sakini Maykl İqenə qarşı cinsi zorakılıq törədib. Bundan əvvəl isə o, yeniyetməni narkotiklərlə kefləndirib, onu kokaindən istifadə etməyə məcbur edib. Ehtimal edilir ki, onunla birlikdə hadisədə “Digital Entertainment Network” şirkətinin keçmiş sədri Mark Kollins-Rektor də iştirak edib. Mark Kollinsin 2004-cü ildə yeniyetmələri zorladığı bildirilib.
Hazırda 31 yaşı olan Maykl İqenin sözlərinə görə, o, aktyor olmaq istəyib. Amma Kollins-Rektor və Singer onu hədləyiblər və bildiriblər ki, əgər onların arzusunu yerinə yetirməzsə, karyerasına mane olacaqlar.
Brayan Singer isə ittihamı "tamamilə mənasız" sayıb.
DOSTLARINLA PAYLAŞ: