Tanınmış İslam mütəfəkkiri Muhamməd Qütb vəfat etdi
05 Aprel 2014 Şənbə 06:27
Bir çox fəlsəfi əsərlərə imza atmış Muhamməd Qütbün bu gün torpağa tapşırılacağı gözlənilir.
İslam dünyasının məşhur mütəfəkkirlərindən olan Muhamməd Qütb vəfat edib. ANS PRESS-in xəbərinə görə, Qütb Səudiyyə Ərəbistanının Ciddə şəhərində müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. İslam düşüncəsi barədə bir çox fəlsəfi əsərlərə imza atmış Muhamməd Qütbün bu gün torpağa tapşırılacağı gözlənilir.
Muhamməd Qütb 1919-cu ildə Misirin Asyut şəhəri yaxınlığındakı Muşa kəndində dünyaya gəlib. Təhsilini bu ölkədə tamamlayan M. Qütb Misir rejimi tərəfindən edam olunan Seyyid Qütbün qardaşıdır.
Məlumata görə, qardaşlar 1965-ci ildə həbs olunub, 1966-cı ildə Seyyid Q. asılaraq edam olunsa da Muhammət Q. əfv edilib və 1972-ci ildə azadlığa buraxılıb. Həbsdən buraxılmasından bir müdət sonbra isə bir qrup “Müsəlman Qardaşlar” təşkilatı mənsubu ilə Səudiyyə Ərəbistanından siyasi sığınacaq istəyərək bu ölkəyə köçmüşdü.
Bir müddət Məkkə şəhərindəki “Ümmül Qura” universitetində müəllimlik edən Qütb burda professor elmi dərəcəsinə qədər yüksəlib. Bəzi mənbələr “Əl Qaidə” terror təşkilatının birinci şəxsi Üsamə bin Ladenin və ikinci şəxsi Ayman az Zavahirinin onun tələbəsi olduğunu bildirir.
Məşhur alimin nəşr olunmuş 10-a yaxın kitabı var.
Allah rəhmət eləsin!
DOSTLARINLA PAYLAŞ: