Tanınmış İslam alimi qondarma erməni soyqırımını tanıyıb
05 Yanvar 2010 Çərşənbə Axşamı 10:35
Tarik Ramazan: "Həqiqətin danılması mənim dinimə uyğun deyil"
Fəlsəfə elmləri doktoru, İsveçrə Frayburq Universitetinin professoru, İsveçrə Müsəlman Təşkilatının prezidenti Tarik Ramazan qondarma erməni soyqrımını tanıyıb. Ermənistan mətbuatının məlumatına görə, bunu T. Ramazan özü Fransanın “Nouvelles d`Armenie Magazine” jurnalına müsahibəsində deyib.
Ramazan “soyqırımı tanıyacaqsınızmı?” sualına belə cavab verib: “Mən bilirəm və qəbul edirəm. Mənim üçün erməni soyqrımı faktı heç vaxt şübhə predmeti olmayıb. Biz tarixi və obyektivlik baxımından bunun olmadığını deyə bilmərik. Həqiqətin danılması mənim dinimə uyğun deyil”, deyə Ramazan jurnalın redaktoru Ara Tonoyana bildirib.
Tarik Ramazan - ingilis və fransız dillərində 35-dən artıq kitabın müəllifidir.
Qeyd edək ki, jurnalın redkatoru erməni olduğundan məşhur professorun sözlərinin təhrif olunub-olunmadığı məlum deyil.
Erməni soyqırımı iddiası - Birinci Dünya Müharibəsi ərəfəsində Osmanlı İmperiyasında (Anadolu) yaşayan ermənilərin sistemli şəkildə məhv edildiyini irəli sürən iddiadır. Türkiyə hadisələri sadəcə erməni-türk qarşıdurması kimi dəyərləndirməkdə və dövlət göstərişinin olmadığını bildirsə də bu gün dünyanın bir neçə ölkəsində "soyqırım"ın varlığı qəbul edilib. Amma qərarlar sadəcə tarixə əsaslanaraq yox, erməni lobbisinin təsiri ilə qəbul edilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: