Tanınmış bankdan biabırçı etiraf
04 Yanvar 2013 Cümə 17:22
“Wegelin” bankı ABŞ vətəndaşlarına vergidən yayınmaqda kömək edirmiş
İsveçrənin ən qədim banklarından olan “Wegelin” bankı fəaliyyətini dayandıracaq. ANS PRESS-in “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, buna səbəb bankın ABŞ vətəndaşlarına vergidən yayınmasına kömək etməsi olub.
Bankın rəhbərliyi Nyu-York məhkəməsində etiraf edib ki, 10 il ərzində bank 100 min nəfər ABŞ vətəndaşına 1.2 milyard dollardan çox vergidən yayınmağa kömək edib. Bu səbəbdən də bank Amerika hökumətinə 58 milyon dollar cərimə ödəməyə razılıq verib. Bu prosedur başa çatdıqdan sonra “Wegelin” bank kimi fəaliyyətini dayandıracaq.
Qeyd edək ki, İsveçrənin Sant-Qallen şəhərində yerləşən “Wegelin” bankı hələ ABŞ müstəqilliyini elan etməmişdən 35 il əvvəl – 1741-ci ildə təsis edilib.
DOSTLARINLA PAYLAŞ: