Tanınmış azərbaycanlı iş adamı Əhədov Əhəd Rusiyada qətlə yetirilib
09 Dekabr 2009 Çərşənbə 17:15
Rusiyanın Krasnodar diyarının Eysk şəhərində azərbaycanlı iş adamı, əslən Zərdab rayonundan olan Əhədov Əhəd İsmayıl oğlu odlu silahla qətlə yetirilib.
Bu barədə APA-nın Aran bürosuna Əhəd Əhədovun anadan olduğu Əlibəyli kənd sakinləri məlumat veriblər.

Hadisə dünən baş verib, Əhəd Əhədov axşam saatlarında baş direktoru olduğu “Drujba” Məhdud Məsuliyyətli Cəmiyyətinin ofisindən çıxarkən naməlum şəxsin silahlı hücumuna məruz qalıb. Başından güllə yarası alan soydaşımız dünyasını dəyişib. Bəzi məlumatlara görə, 57 yaşlı Əhəd Əhədov Eysk şəhər sovetinin deputatı olub. Mərhumun Eysk şəhərində dəfn ediləcəyi bildirilir. Xatırladaq ki, soydaşımız tikinti sektorunda çalışıb və “Drujba” MMC-nin baş direktoru olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar