"Tamil pələngləri"nin lideri Velupillaya Prabxakarana öldürülüb. Bu barədə məlumatı AFR agentliyi Şri Lankanın Müdafiə Nazirliyinə istinadən yayıb. O, hökumət qüvvələrindən qaçmaq istəyərkən güllələnib. "Tamil İlamın azadlığı pələngləri"nin lideri öz iki tərəfdaşı ilə bərabər təcili yardım maşınında gizlənmək istəyərkən öldürülüblər.
Qeyd edək ki, bundan əvəll Şri-Lanka ordusu hərakatın daha 4 üzvüini məhv etmişdilər. Onların arasında Prabxakarananın oğlu da var idi.
Şri Lanka prezidenti Mahinda Racapaksen mayın 19-da 1972-ci ildən müstəqil dövlət yaratmaq uğrunda mübarizə aparan "Tamil pələngləri" üzərində qələbə əldə edilməsini rəsmən elan edəcəyi gözlənilir.
Bu müddət ərzində on minlərlə adam ölüb. 1999-cu ildə separatçılar Şri Lanka ərazisinin bir hissəsini nəzarət götürə biliblər. 2009-cu ildə ordu onlara qarşı genişmiqyaslı əməliyyatlar başlayıb və qısa vaxt ərzində separatçılar şimala sıxışdırılıblar. Əməliyyatlar nəticəsində hərakat üzvlərinin çoxunu məhv etmək mümkün olub. Hazırda hökumət qüvvələrinin mühasirəyə aldığı meşə ərazisində bir necə döyüşçü qalıb. /ANS PRESS/