Tallində qumar qurbanları abidəsinin əsası qoyulub
20 İyul 2009 Bazar Ertəsi 06:10
Hazırda Estoniyada 80 min nəfərin fəal şəkildə qumar oynadığı bildirilir və bu təhlükəli həvəs üzündən təxminən 100 intihar hadisəsi qeydə alınıb

Estoniyanın paytaxtı Tallində kazinolardan birinin qarşısında qumar qurbanları abidəsinin ucaldıcalağı yerə ilk daş qoyulub. ANS PRESS, Estoniyanın ERR telekanalına istinadən xəbər verir ki, abidənin müəllifi memar Henrik Hnessendir. Memar deyib ki, onda abidənin yaradılması ideyasını özünün qumar oyunlarından asılılığı barədə xatirələri və bu təhlükədən digərlərini xəbərdar etmək istəyi yaradıb.
Hazırda Estoniyada 80 min nəfərin fəal şəkildə qumar oynadığı bildirilir. Bu təhlükəli həvəs üzündən təxminən 100 intihar hadisəsi qeydə alınıb. Abidənin təməlinin qoyulması mərasimində qumar əleyhinə hərəkatın fəalları da iştirak edib.
Bu rada isə son bir il ərzində oyun biznesi dövriyyəsinin təxminən 60 faiz azaldığı bildirilir. Bu səbəbdən Kstoniya büdcəsinə verci şəklində 18 milyon dollar daxil olmayıb. Estoniyada 80-ə yaxın kazino fəaliyyət göstərir və onların yarısı paytaxt Tallində yerləşir. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar