Taliblərin girov götürdüyü hərbi kursantlar azad edilib
02 İyun 2009 Çərşənbə Axşamı 09:10
Hələlik girovların dəqiq sayı bəlli deyil

Pakistanın ordusu ötən gün ölkənin şimal qərbindəki Şimali Vəziristan vilayətində taliblərin girov götürdüyü şəxsləri azad edib. Bu barədə məlumatı France Presse agentliyi yerli hökumət nümayəndələrinə istinadən yayıb. Hələlik azad edilən girovların dəqiq sayı bəlli deyil.
Qeyd edək ki, əvvəl döyüşcülərin 30 avtobusa basqını nəticəsində ən azı 400 nəfərin girov götürüldüyü bildirilsə də, sonradan onların sayının 80 olması barədə məlumatlar yayılmışdı.  Girovların arasında hərbi məktəb tələbəbləri, müəllimlər və təlimçilər, eləcə də onların qohumları olub.  Sürücülərdən biri taliblərin dayanmaq barədə əmrinə tabe olmadığı üçün 17 nəfər girovluqdan azad ola bilib.
Bəzi məlumatalara görə, basqın təxribat nəticəsində baş verib. Belə ki, Razmak Cadet College hərbi məktəbinə zəng edən naməlum şəxs özünü yüksək vəzifəli hökumət nümayəndəsi kimi təqdim edərək, məktəbdə olanların təcili olaraqa ərazini tərk etməsini tələb edib. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar