Taliblərin əsir götürdüyü jurnalist qaçmağa müvəffəq olub
20 İyun 2009 Şənbə 22:50
“New York Times” qəzetinin müxbiri Pakistanın Şimali Vəziristan əyalətində saxlanılırmış

 

“New York Times” qəzetinin jurnalisti Devid Rod və yerli əfqan nəşrinin müxbiri Tahir Ludin Pakistanın Şimali Vəziristan əyalətində taliblərin əsirliyindən qaçmağa müvəffəq olublar. ANS PRESS-in “Reuters”ə istinadən verdiyi xəbərə görə, onlar islamçılar tərəfindən ötən ilin noyabrında əsir götürülüblər.

Belə ki, əsirlər gecə ikən taliblərin düşərgəsindən qaçmağa nail olublar.

“New York Times” rəhbərliyi jurnalistə görə pulun ödənilməsi haqda məlumatları təkzib edib. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar