Taliblər hökuməti saymır
21 Fevral 2010 Bazar 19:35
"Taliban" növbəti dəfə Əfqanıstan prezidentinin sülh çağırışını rədd edib
“Taliban” hərəkatı növbəti dəfə Əfqanıstan prezidenti Həmid Kərzayinin sülh çağırışını rədd edib. Bunu bu gün “Taliban” şurasının rəhbəri Kari Mühəmməd Yusif bəyan edib. Xatırladaq ki, ötən gün Kərzayi qiyamçıları silahı yerə qoymağa və ölkənin bərpası, eləcə də sülhün bərqərar olması yolunda birgə işləməyə çağırmışdı.

“Kərzayi oyuncaqdır. O xalqı və ya hökuməti təmsil edə bilməz”, - deyə K.M.Yusif vurğulayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar