Taliblər ABŞ-ın aviabazasına hücum edib
19 May 2010 Çərşənbə 13:05
Taliblər hücumdan əvvəl bazaya bir neçə raket zərbəsi də endiriblər.
Əfqanıstanda taliblər Birləşmiş Ştatlara aid Hərbi Hava Qüvvələri bazasına hücum edib. Əfqanıstanda yerləşən NATO hərbi kontingentindən verilən məlumata görə, hücum nəticəsində 10 silahlı öldürülüb.
Baza hərbçiləri arasında isə 7 nəfərin yaralandığı bildirilir. Verilən məlumatlara görə, taliblər hücumdan əvvəl bazaya bir neçə raket zərbəsi də endiriblər. Taliban tərəfinin verdiyi məlumata görə, hücumda 20 silahlı iştirak edib.
Qeyd edək ki, ABŞ-a məxsus Hərbi Hava Qüvvələri bazası Əfqanıstanda yerləşən ən iri bazalardan biridir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: