Talibanın güllələdiyi qız BMT-də
13 İyul 2013 Şənbə 10:57
16 yaşlı qız təhsilə dəstək istəyib.
Pakistanda qızların təhsil almasını müdafiə etdiyi üçün Taliban tərəfindən başından güllələn Malala Yusufzai BMT-də çıxış edib. ANS PRESS-in məlumatına görə, Dünya Gənclik Qurultayındakı çıxışında gənc qız Bənazir Buhuttonun çəhrayı şalını taxıb.
BMT baş katibi Ban ki Mun "ümidin simvolu" adlandırdığı Malalanın doğum günü olan 12 iyul "Malala günü" elan edib. 16 yaşlı qız kürsüdən hamını təhsilə dəstək verməyə səsləyib.
Xatırladaq ki, Pakistanda qızların təhsil alması üçün kampaniyanın üzvlərindən biri olan Malala Yusufzai dərsdən evə qayıdarkən başından güllə ilə vurulmuşdu. “Güllələrlə bizi susdura biləcəklərini zənn etdilər, amma buna nail ola bilmədilər. Zəiflik, qorxu və ümidsizlik öldü, güc, cəsarət və dözüm doğdu".
DOSTLARINLA PAYLAŞ: