Taliban qubernatorun iqamətgahına hücum edib
07 May 2011 Şənbə 22:34
Taliban qubernatorun iqamətgahına hücum edib. Hələlik ölən və yaralananlar haqda məlumatlar yoxdur.
Taliban silahlıları Qəndaharda Əfqan hökumət binalarına silahlı hücum təşkil ediblər. Əfqan kəşviyyat xidmətinin məlumatına görə, hələlik ölən və yaralananlar haqda məlumatlar yoxdur.

Polis hadisə baş verən ərazini mühasirəyə alıb: "Biz təsdiqləyə bilərik ki,qubernator binası və digər hökumət binaları naməlum silahlılar tərəfindən hücuma məruz qalıb. Bizim itkilər və hücum edən şəxslər haqda məlumatımız yoxdur. Polis şəhəri nəzarət altına alıb. Hazırda hadisə inkişafda olduğu üçün biz sizə yekun məlumatı verə bilməyəcəyik".

Məlumata görə, xəstəxanaya artıq 24 yaralı yerləşdirilib. Kəşviyyat Xidmətinin sözcüsünün sözlərinə görə, "Əl Qaidə" liderinin qətlində Əfqan xüsusi xidmət orqanları bir başa iştirak etməyiblər. Taliban hərəkatı terror hadisəsinin törədilməsini etiraf edib və silahlıların qubernatorun iqamətgahına daxil ola bildiklərini deyib. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar