Taliban liderlərindən biri öldürülüb
02 İyun 2009 Çərşənbə Axşamı 22:10
Molla Mənsurun öldürülməsi faktını Əfqanıstan hökumətinin nümayəndəsi təsdiqləyib

 

Əfqanıstanın cənubunda ingilis əsgərlərinin «Taliban» liderlərindən biri olan Molla Mənsurun öldürdüyü  haqda məlumat yayılıb. İngiltərə Müdafiə Nazirliyindən verilən məlumata görə, Molla Mənsur «Talibanın qalası» olan Helmand bölgəsində həyata keçirilən hava hücumunu zamanı öldürülüb.

ANS PRESS-in "CNNTürk"ə istinadən verdiyi xəbərə görə, Mənsur bölgədə ingilis və əfqan hərbçilərinə qarşı çoxsaylı hücumların məsuliyyətini öz üzərinə götürüb. İngilis ordusunu nümayəndəsi Nick Richardson Mənsurun «Helmanddakı ən təhlükəli adamlardan biri olduğunu» vurğulayıb.

Əfqanıstan hökumətinin nümayəndəsi Davud Əhmədi isə Mənsurun öldürüldüyünü təsdiqləyib. Əhmədi Mənsurun 2001-ci ildə devrilən "Taliban" rəhbərliyində hava qüvvələri naziri olaraq vəzifə yerinə yetirdiyini bildirib. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar