Taliban liderinin öldüyü təsdiqləndi
07 Avqust 2009 Cümə 16:15
Beytullah Məsud ABŞ-ın raket hücumu nəticəsində ölüb

Talibanın Pakistandakı lideri Beytullah Məsud ABŞ-ın raket hücumları nəticəsində ölüb. Bu açıqlamanı  onun köməkçisi Kafayat Ullah verib. "Associated Press" agentliyinə  telefonla verdiyi açıqlamasında o, Məsudun və ikinci həyat yoldaşının Cənubi Vəziristanda baş vermiş hücum nəticəsində öldüyünü bildirib.

Qeyd edək ki, Pakistan rəsmiləri Taliban liderinin öldüyünü, lakin bununla bağlı əllərində dəlillər olmadıqlarını bildirmişdilər. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar