Taliban lideri Hakemullah Məsud öldü
14 Yanvar 2010 Cümə Axşamı 19:45
Bu barədə Pakistan mətbuatı məlumat yayıb
Amerika pilotsuz təyyarəsinin Şimali Vəziristandakı mədrəsələrdən birinə təşkil etdiyi hücum nəticəsində Pakistan "Taliban"ının lideri Hakemullah Məsud həlak olub. Bu barədə Pakistan mətbuatı xəbər yayıb.

"Taliban" nümayəndələri isə məlumatın həqiqətə uyğun olmadığını bildirib.

Xatırladaq ki, səhər saatlarında Şimali Vəziristandakı mədrəsəyə havadan hücum zamanı ən azı 10 adamın öldüyü bildirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar