"Taliban"ın yeni silahı: QİÇS
10 İyun 2010 Cümə Axşamı 19:50
Minaların yanına şpris və ülgüclər qoyulur.
“Taliban” yaraqlıları Əfqanıstanda NATO hərbçilərinə qarşı yeni “silah”dan istifadə edir. “The Sun” qəzetinin yazdığına görə, son zamanlar NATO minaaxtaranları partlayıcıların yanında şpirislər aşkarlayır.
İynəsi yuxarı – arxası üstə yerə basdırılmış şpirislərə hər keçən gün daha çox rast gəlinir. Onlardan götürülən analizlər göstərib ki, iynələrdə QİÇS virusu var.
Taliblər partlayıcıların üzərinə virusla yoluxdurulmuş ülgüclər də qoyur. Bu üzdən minaaxtaranlara iynə və ülgücdən qorunmaları üçün xüsusi əlcəklər paylanıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: