Taliban da “Twitter”ə qoşuldu
18 May 2011 Çərşənbə 06:32
İki nəfər isə jurnalistlərə operativ cavab vermək üçün daima hesabda “on-line” olur
Əfqanıstanda hakimiyyətdə olduğu dövrdə televizor, musiqi mərkəzi və s. bu kimi texnologiya alətlərinə qarşı olan Taliban sosial şəbəkə satytı “Twitter”də hesab açıb. “http://twitter.com/#!/alemarahweb” ünvanında fəaliyyət göstərən Talibanın hal-hazırda 182 dəstəkləyicisi var. Daha əvvəl puştu dilində mesajların yazıldığı hesabda artıq ingilis dilindən də istifadə olunur. Taliban virtual təqibçiləri ilə çox az fərdi əlaqə yaradır və ya bu çox vaxt baş tutmur.
Qeyd edək ki, Talibanın bu sahədə göstərdiyi fəaliyyət NATO-nun əfqanlarla əlaqə yaratmaq səylərini də boşa çıxarır. Qısa mesaj və ya e-mail şəklində hazırlanaraq bluetooth vasitəsilə telefonlara göndərilən məlumatlar koalisiya qüvvələrinə qarşı keçirilən “şəhidlik əməliyyatları”nın görüntülərini, Taliban mahnılarından ibarətdir. Hərəkatın əhəmiyyətli açıqlamaları isə ingilis dili ilə yanaşı bir çox əcnəbi dilə tərcümə olunur. İki nəfər isə jurnalistlərə operativ cavab vermək üçün daima hesabda “on-line” olur.
Məlumata görə, bir qrup talib Qəndahar həbsxanasından qaçdığı vaxt hesabın sözçüsü jurnalistlərlə qaçan məhbuslar arasında birbaşa əlaqə yaatmışdı. Xəbərlərin yayılmasında Talibanın koalisiya qüvvələrindən daha operativ olmasını isə NATO rəsmiləri doğru xəbər üçün bir müddət daha gözləməklə açıqlayıb.
DOSTLARINLA PAYLAŞ: