Pakistanda Talibanın komandirlərindən Hekimullah Məsud Taliban lideri Beytullah Məsudun ölmədiyini açıqlayıb.
ANS PRESS-in “CNNTÜRK”ə istindən verdiyi xəbərə görə, Hekimullah Məsud Talibanın lideri Beytullah Məsudun ABŞ-ın pilotsuz təyyarəsindən atılan mərmiylə öldüyünə dair kəşfiyyat məlumatlarının doğru olmadığını bildirib.
Qeyd edək ki, Beytullah Məsudun köməkçisi Kafayat Ullah ötən gün Məsudun ABŞ-a məxsus təyyarədən açılan atəş nəticəsində öldüyünü açıqlamışdı.
Ağ evdən açıqlanan şərhdə bildirilirdi ki, əlimizdə Beytullah Məsudun öldüyünə dair hesabatlar var, ancaq bu məlumat təsdiq edilməyib.
ABŞ höküməti çərşənbə günü öldürüldüyü iddia edilən Məsudun başına 5 milyon dollarlıq mükafat qoymuşdu./ANS PRESS/