Taksim terrorçusu partlayış əmrini TV titrlərindən alıb
05 Noyabr 2010 Cümə 03:45
Vədat Acar adlı şəxs behçət xəstəliyinə yaxalandığı üçün kamiadze olmaq üçün PKK terror təşkilatına müraciət edib.
Türkiyə İstanbul şəhəri “Taksim” meydanında partlayış törədən PKK üzvü kamikadzenin şəxsiyyətini müəyyənləşdirən polis onun barəsində bir çox məlumat da əldə edib. İstanbul terrorla mübarizə şöbəsinin əməkdaşları Vədat Acar adlı şəxsin behçət xəstəliyinə yaxalnadığını, müalicəsi mümkün olmadığı üçün kamiadze olmaq üçün PKK terror təşkilatına müraciət etdiyini bildirib.
Məlumata görə xəstəliyinin sağalmaz olduğunu keçən il öyrənən Acar 2010-cu ilin mart ayında canlı bomba olmaq üçün təşkilata müraciət edib və bu addımı müsbət qarşılandıqdan sonra 6 ay kamikadze təlimi görüb.
Oktyabrın 7-də Vandan Diyarbəkirə gedən Vədat Acar təşkilat liderlərindən birinin yolladığı plastik partlayıcı vasitələri təhvil götürüb və yorğana bükərək avtobusla İstanbula gətirib.
Polis tərəfindən axtarışda olan, İstanbula çatanda yaxalanma riskinə qarşı ailəsi ilə görüşməyən və telefondan istifadə etməyən Acar makler vasitəsilə kirayə ev tutub. Evə usta çağıran terrorçu ondan televizorda PKK dəstəkçisi olan “Roj” tv və “Mezopotamiya” tv-ni tutmasını tələb edib.
İbtidai təhsili belə olmayan Vədat Acar televiziya titrlərindəki şifrələrin peşəkar oxucusu imiş. Məlumata görə, terrorçu “Taksim” meydanında törədəcəyi partlayışın əmrini də “Mezopotamiya” tv-də yayımlanan titrlərdən alıb.
Qeyd edək ki, terrorçu-kamikadzenin cibindən zəhərli dərman da tapılıb. Polis, partlayış hadisəsi uğursuzluğa düçar olacağı təqdirdə terrorçunun özünü öldürmək üçün cibində zəhər saxladığını güman edir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: