“Taksim” mitinqində “Sarkozy” tualet kağızı paylanıb
27 Fevral 2012 Bazar Ertəsi 01:27
Mitinq iştirakçıları salfetləri yerə ataraq qəzəblə tapdalayıblar.
Türkiyə İstanbul şəhərinin “Taksim” meydanında Xocalı soyqırımının 20 illiyi ilə əlaqədar keçirilən mitinqin sonunda Erol Akdeniz adlı işadamı iştirakçılara “Sarkozy” markalı tualet salfeti paylayıb. “Haber50” saytının məlumatına görə, mitinq iştirakçıları salfetləri yerə ataraq qəzəblə tapdalayıblar.

Xatırladaq ki, Türkiyənin Kayseri vilayətindən olan işadamı yanvar ayında “Sarkozy” markalı tualet salfetləri istehsal edərək satışa çıxarmışdı. Fransa senatında qondarma “erməni soyqırımını” inkar edənləri cəzalandırmağı nəzərdə tutan qanun layihəsinə əsəbləşdiyi üçün bu addımı atdığını deyən şirkət sahibi Erol Akdeniz eyni marka ilə zibil torbası və körpə bezi də istehsal edəcəklərini demişdi.

Qeyd edək ki, Erol Akdeniz “Sarkozy” markasının istifadə hüququnu əldə etmək üçün patent qurumuna müraciət də edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar