Taksi sürücüləri işə çılpaq çıxdılar
15 Mart 2012 Cümə Axşamı 22:00
İspaniyanın Valensiya şəhərində qeyri-adi etiraz aksiyası keçirilib.
Bu gün İspaniyanın üçüncü şəhəri sayılan Valensiyada taksi sürücüləri özünəməxsus şəkildə etiraz aksiyası keçirib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, onlar işlədikləri marşrutlara çılpaq çıxıblar.
Belə ki, taksi sürücüləri son zamanlar hökumətin bu sahədə apardığı liberallaşdırma siyasətinə, xüsusilə iş gününə qoyulan məhdudiyyətin aradan qaldırılmasına etiraz edir.
İqtisadi böhran durumunda mövcud olan kəskin rəqabət onları gündəlik 14 saat, bəzən isə daha çox işləməyə məcbur edir. Bəzən isə sürücülər məzuniyyətdən və istirahət günlərindən də məhrum olur. Sürücülər onların əməyinin şərtlərinə yenidən baxılmasını tələb edir.
DOSTLARINLA PAYLAŞ: