Tailandda daşqınlar olub
31 Mart 2011 Cümə Axşamı 22:05
İnsanlar ətraf aləmdən təcrid olunublar.
Tailandıdn cənubunda sel nəticəsində körpülər dağılb, insanlar ətraf aləmdən təcrid olunublar. Noppitam qəsəbəsində insanlar dığlan yolu keçmək üçün iplərdən istifadə ediblər. Tranq əyalətində bütün kəndlər yolların dağılmsı səbəbindən bir birləri ilə əlaqə yarada bilmirlər. Phatalunq əyalətində bir nəfər daşqınlar zamanı həlak olub. Əyalət kəndləri sular altında qalıb. Çoxlu sayda insan yaşadıqları evləri tərk etmək məcburiyyətində qalıblar.
Qeyd edək ki,artıq bir həftədir ki,davam edən daşqınlar torpaq sürüşməsinə və 17 nəfərin həlak olmasına səbəb olub. Yüzlərlə insan Andaman dənizi sahillərində və Tailand körfəzində çətin vəziyyətdə qalıb. Ümumilikdə daşqınlar 840 min nəfər insana ziyan vurub. 61 yol sular altında qalıb. Tailand sinoptikləri yağışların bu həftə sona çatacağını xəbər verib. Amma havanın küləkli və okeanda 2 metr hündürlükdə dalğaların olacağı ilə bağlı xəbədarlıq yayılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: