Tailand məhkəməsi İran vətəndaşlarını deportasiya etdi
22 Avqust 2013 Cümə Axşamı 18:55
Onlardan Səid Moradi ömürlük, Məhəmməd Kərzay isə 15 illik azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Tailand krallığının məhkəməsi bu gün iki İran vətəndaşını Banqkokda İsrail diplomatlarına qarşı sui-qəsdin hazırlığında günahlandırıb.

ANSPRESS-in İtar-Tass-a istinadən verdiyi məlumata görə, onlardan Səid Moradi ömürlük, Məhəmməd Kərzai isə 15 illik azadlıqdan məhrum edilib.

İttihama görə, 39 yaşlı Moradi və 43 yaşlı Kərzai 2012-ci ilin fevralında Banqkokda İsrail rəsmilərinə qarşı sui-qəsd hazırlığında iştirak ediblər. Bildirilir ki, həmin vaxt Moradi yaxalanarkən polis əməkdaşlarına qarşı da partlayıcı qurğudan istifadə etmişdi.

İttiham olunanlar isə terror fəaliyyətində və sui-qəsd hazırlığında əlaqələrinin olmadığını bildiriblər.

Qeyd edək ki, bu hadisəyə qədər bir neçə İran vətəndaşı İsrail diplomatlarına qarşı sui-qəsddə ittiham ediliblər. Belə ki, Hindistanın Dehli şəhərində İsrail rəsmilərinin maşınına hücum edilmişdi. Gürcüstanda isə İsrail səfirinin avtomobilinə qarşı hücum cəhdinin qarşısı alınmışdı.

Həmin vaxt İran hakimiyyəti isə yayılan informasiyalarda əlinin olması ilə bağlı olan ittihamları təkzib etmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar