Tacikistanda zəlzələ baş verdi
28 Fevral 2010 Bazar 04:45
Tacikistanda zəlzələ baş verdi. Yeraltı təkanların gücü 5,7 bal olub.
Tacikistanda 5,7 bal gücündə zəlzələ baş verib. Məlumatı Düşənbə sysmikstansiyasının növbətçisi verib.

Zəlzələnin episentri Düşənbədən 290 kilometr şimalda, qonşu Əfqanıstanın ərazisində qeydə alınıb. Qısamüddətli təkanlar həm paytaxtda, həm də bir sıra digər yaşayış məntəqələrində hiss olunub.

Tacikistanın fövqəladə hallaüzrə Komitəsinin məlumatına görə, xilasetmə xidmətinə dağıntı barədə məlumat daxil olmayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar