Tacikistanda parlament seçkiləri keçirilir
28 Fevral 2010 Bazar 16:55
Tacikistanda parlament seçkiləri keçirilir. Seçkilərdə 8 siyasi partiya iştirak edir.
Bu gün Tacikistanda parlament seçkiləri keçirilir. Seçkilərdə 8 siyasi partiya iştirak edir. Səsvermədə ölkənin 7,8 milyonluq əhalisinin 3,5 milyonunun iştirak etmək hüququ var. Saat 12-yə olan rəsmi məlumata görə, artıq seçicilərin 51.4 faizi səs verib. Seçkiləri 534 beynəlxalq müşahidəsi izləyir.

Tacikistan mərkəzi seçki komissiyasının məlumatına görə, ölkədən kənarda təxminən 700 min seçici səs verməlidir. Bu məqsədlə xaricdə səsvermə üçün 36 seçki məntəqəsi yaradılıb. Onlardan biri də Tacikistanın Azərbaycandakı səfirliyində fəaliyyət göstərir. Azərbaycanda 100-ə yaxın tacik yaşasa da, onların cəmi 40 nəfərinin seçki hüququ var.

Tacikistanın Azərbaycandakı səfirinin müşaviri Niqora Umarova ANS-ə açıqlamasında bildirib ki, parlament seçkiləri ilə bağlı səfirlikdə seçki məntəqəsi yaradılıb. “Burada Tacikistanın Azərbaycandakı vətəndaşları səs verir. Deyə bilərəm ki, onların artıq böyük bir hissəsi səs verib. Səfirlikdə qeydiyyatda olan seçicilərin sayı 40 nəfərdir. Onlardan artıq 95 faizindən çoxu səs verib”, - deyə o bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar