Tacikistanda iki şübhəli partlayış baş verib
26 İyul 2009 Bazar 18:10
Partlayışın biri prezident İmaməli Rəhmonun sarayından 250 metr aralıda olub

Bu gecə Tacikistanın paytaxtı Düşənbədə iki partlayış baş verib. Ölən və yaralanan olmasa da, hər iki partlayış ətrafda dağıntıya səbəb olub. ANS PRESS-in Qazeta.ru-ya istinadən verdiyi xəbərə görə, ilk partlayış səsi yerli vaxtla axşam saat 21.00 radələrində paytaxtın cənub-şərqində yerləşən aeroportun yük bölməsindən eşidilib. Hadisə yerindən əldəqayırma partladıcı qurğu tapılıb. Zərərçəkən olmasa da, partlayış nəticəsində yaxınlıqdakı üç mənzilin şüşələri sınıb.

İkinci partlayış gecə saat 02.00 radələrində «Tacikistan» adlı dördulduzlu otelinin yaxınlığında baş verib. Partlayış nəticəsində mehmanxana yaxınlığındakı avtomobil parkına zərər dəyib. Otel Prezident sarayından 250 metr aralıda yerləşir.

Hər iki faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar aparılır. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar