Tacikistanda 6,1 bal gücündə zəlzələ baş verib
24 Yanvar 2011 Bazar Ertəsi 09:35
Yeraltı təkanlar paytaxt Düşənbədə də hiss olunub.
Bu gün səhər saatlarında Tacikistanda Rixter cədvəli ilə 6,1 bal gücündə zəlzələ baş verib. ANS PRESS-in “Reuters”ə istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar Bakı vaxtı ilə 06:45 radələrində qeydə alınıb.
Zəlzələnin episentrı Karakul gölündən 106 km. cənub-qərbdə yerin 89,5 km. dərinliyində qeydə alınıb.
Hadisə şahidlərinin sözlərinə görə, yeraltı təkanlar Düşənbədə də hiss olunub. Tələfat və dağıntılar barədə məlumat yoxdur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: