Tacikistanda 130-dan çox sayt qadağan edildi
22 Dekabr 2012 Şənbə 00:49
Hökumət yanında Rabitə Xidməti ötən axşam internet provayderlərinə bu barədə göstəriş verib
Tacikistan hökuməti yanında Rabitə Xidməti ötən axşam internet provayderlərinə əsasən musiqi və video tərkibli 131 sayta, o cümlədən, “Vkontakte”, “Odnoklassniki”, “Twitter” sosial şəbəkələrinə qadağa qoyulması barədə göstəriş verib. Musavat.com xəbər verir ki, bunu RİA “Novosti”yə internet provayderlərindən birindəki mənbə deyib. “Çox güman ki, bazar ertəsindən bütün operatorlar həmin saytlara girişin məhdudlaşdırılmasına başlayacaqlar”, - mənbə deyib.

Xatırladaq ki, noyabrın sonlarında Rabitə Xidmətinin rəhbəri Beq Zuxurov bütün internet provayderləri və mobil rabitə operatorlarına Facebook sosial şəbəkəsinə qadağa qoyulması barədə göstəriş vermişdi. O, bunu ölkə hökumətinə böhtan atılması ilə əlaqələndirmişdi.

Beynəlxalq təşkilatlara, o cümlədən, ATƏT və Avropa Birliyinə müraciətlərdən sonra “Facebook”a qoyulmuş məhdudiyyət aradan qaldırıldı. Hazırda Tacikistanda 30 sayta, eləcə də, vesti.ru, gazeta.ru, ria.ru, centrasia.ru saytlarına giriş qadağandır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar