Tacikistan Rusiyaya nota verib
07 İyun 2010 Bazar Ertəsi 13:00
Tacikistan Rusiyaya nota verib. Vladimir Jirinovskinin bəyanatları Düşənbəni özündən çıxarıb.
Tacikistanın xarici işlər naziri Xamrohon Zərifi Rusiyanın Düşənbədəki səfiri Yuri Popova nota təqdim edib. Nota Rusiya Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovski və İstehlakçıların hüquqlarının müdafiəsi sahəsində nəzarət üzrə Federal Xidmətin (İHMNFX) rəhbəri Gennadi Onişenkonun Tacikistan Respublikasının ünvanna səsləndirdiyi bəyanatlarla bağlıdır. Bu barədə ölkənin Xarici İşlər Nazirliyi İnformasiya Departamentinin rəhbəri Dövlət Nəzriyev məlumat verib.

Qeyd edək ki, mayın əvvəllərində Rusiyanın sözügedən Federal Xidməti Tacikistan ərazisində poliomiyelit uşaq xəstəliyinin baş qaldırması səbəbi ilə ölkəyə quru meyvələrin gətirilməsinə müvəqqəti qadağa tətbiq edib.

“Zərifi Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovski və Federal Xidmət rəhbəri Gennadi Onişenkonun Rusiya KİV-i və saytlarında dərc olunan birtərəfli bəyanatlarını rusiyalı diplomatın diqqətinə çatdırıb", - deyə o bildirib.

Nəzriyevin sözlərinə görə, nazir qeyd edib ki, Tacikistan əhalisi, xüsusilə də, Soqdiysk vilayətinin əhalisi artıq Rusiyanın qoyduğu qadağadan ciddi ziyan çəkməyə başlayıb. Diplomat bildirib ki, Tacikistan rusiyalı diplomata lazımi informasiyaları təqdim etməklə qadağanın aradan qaldırılması mümkünlüyünün nəzərdən keçirilməsini xahiş edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar