Tacikistan prezidentinin yaxınları oğurlanmış avtomobillerde gezir
19 Dekabr 2013 Cümə Axşamı 21:46
Oğurluq avtomobillerden 93-ü BMW markalıdır ve onların hamısı Tacikistan prezidentinin yaxınlarının soyadları ile qeydiyyata alınıb.
Tacikistan prezidenti Emomali Rahmonun yaxınları Almaniyadan getirilmiş 200-e yaxın oğurlanmış avtomobillerde gezirler.
ANS PRESS-in Rusiya metbuatına istinaden verdiyi xebere göre, bu informasiyanı Almaniyanın eks edliyye naziri Tomas Heylmann yayıb.
Onun sözlerine göre, oğurluq avtomobillerden 93-ü BMW markalıdır ve onların hamısı Tacikistan prezidentinin yaxınlarının soyadları ile qeydiyyata alınıb.
Qeyd edek ki, oğurlanmış avtomobiller GPS sistemi vasitesile Almaniya ve Litva müstentiqlerinin araşdırmalarından sonra melum olub. Artıq meselenin helli ile bağlı Almaniyanın Tacikistandakı sefiri birbaşa meşğul olur.
DOSTLARINLA PAYLAŞ: