Şvartsneqqer Rusiyaya əl tutacaq
07 Avqust 2010 Şənbə 11:25
Qubernator ruslara yüksək texnologiyanın sirlərini öyrədəcək.
Birləşmiş Ştatların Kaliforniya ştatının qubernatoru Arnold Şvartsneqqer Rusiyaya səfər etmək niyyətindədir. "Associated Press"in siyasətçinin nümayəndəsinə istinadən yaydığı xəbərə görə, səfərdə məqsəd Rusiyada yüksək texnologiyalı sənayenin inkişafına yardım etməkdir.

Onun sözlərinə görə, qubernator Santa-Klara şəhərində keçirilən dəyirmi masada bildirib ki, Kaliforniya öz intellektual potensiyalını Rusiyanın yüksək texnologiya sahələri ilə əməkdaşlığın formalaşdırılması istiqamətində itifadə etməlidir.

Məlumata görə, Şvartsneqqer Rusiyaya Çin, Yaponiya və Cənubi Koreyaya edəcəyi səfərlərdən sonra yollanacaq. Səfərin sentyabrın 9-15-i tarixlərində reallaşdırılacağı gözlənilir. Qubernatorun səfərinin vaxtı hələ tam dəqiq müəyyənləşdirilməsə də, səfər planları Dmitri Medvedevin Kaliforniyaya səfəri zamanı artıq müzakirə olunub. Medvedev hələ iyun ayında San-Fransiskoda Şvartsneqqerlə görüşü zamanı yüksək texnologiyalı biznes sahəsində təcrübə mübadiləsi sahəsində Rusiya-ABŞ birgə komandasının yaradılması ideyasını dəstəkləmişdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar