Susuzluqdan səhrada 87 nəfər öldü
31 Oktyabr 2013 Cümə Axşamı 20:08
Dəhşətli hadisə Nigerin cənubunda, Sahara səhrasına baş verib.
Nigerin cənubunda , Sahara səhrasında sususluqdan ölmüş 87 miqrantın meyiti tapılıb. Onları aşkarlamış hərbçilərin dediyinə görə, qaçqınlardan ibarət miqrant qrupu iki yük maşınında səhranı keçməyə çalışıb. Yolda maşınlar sıradan çıxıb, sərnişinlər isə su axtarmaq məqsədil ətrafa yayılıb. Habelə onlar içməyə su tapa bilməyib. Ölənlərin çoxunu qadınlar və uşaqlar təşkil edir. Baş verənləri səhradan sağ çıxa bilmiş 20 miqrant danışıb. Belə ki, onlar geriyə yol taparaq, piyada Nigerin mədən şəhəri olan Arlitə qayıda bilib. Ehtimallara görə, dəhşətli aqibətlə üzləşmiş miqrant qrupu işlə təmin olmaq üçün Əlcəzairə getməyə çalışıb. Bunun üçün valideynlərin hətta uşaqların məktəblərdən çıxardığı deyilir. BMT-nin statistikasına görə, hər il Sahara səhrasını 80 minə yaxın insan keçməyə çalışır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar