Sürücüyə görünməmiş cərimə cəzası
12 Avqust 2010 Cümə Axşamı 20:45
Sürət həddini aşan isveçrəli heç bir radara düşməsə də, cərimələnib.
İsveçrədə qiyməti 220 min dollar olan “Mercedes”i ilə icazə verilən sürət həddini 2,5 dəfə aşan 37 yaşlı kişi indiyə qədər ən böyük məbləğdə cərimələnmiş sürücü olub. Saatda 290 kilometr sürətlə hərəkət edən sürücü tam dayanmaq üçün yarım kilometr məsafə qət etməli olub. İndiyə qədər bu ölkədə heç kimin bu sürətlə hərəkət etmədiyini bildirən polis cəzalandırılan sürücünün bütün yol boyu quraşdırılan radarların heç birinədüşmədiyini də qeyd edib. Belə ki, yalnız 200 kilometr/saat sürəti qeydə almaq üçün tənzimlənən radarlar 290 kilkometr/saat sürəti qeydə almayıblar. Yalnız yoldakı müşahidə kameraları vasitəsi qanunpozucusunu müəyyən etmək mümkün olub.
Ən maraqlısı isə sürücünün indiyə kimi ölkə tarixində ən böyük məblğdə cərimə edilməsidir. Bu ölkədə cərimə sistemi həm qanunpozucusunun gəlirindən, həm də pozuntunun həcmindən asılıdır. Təyin olunmuş cəriməyə əsasən 37 yaşlı sürücü 300 gün müddətində hər gün 3300 dollar cərimə ödəməlidir ki, bu da nəticədə 1 milyon dollar edir.
Özünə bəraət qazandırmaq üçün isə sürücü “yəqin mənim sürətölçənim xarab olubmuş” deməklə kifayətlənib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: