Sürücülük vəsiqəsinə görə intihar etdi
12 Aprel 2010 Bazar Ertəsi 23:25
32 yaşlı rus özünü 8-ci mərtəbədən atıb.
Rusiyanın Sankt-Peterburq şəhərinin sakini sürücülük vəsiqəsi milis tərəfindən alındığına görə özünü öldürmək istəyib. 32 yaşlı Rusiya vətəndaşı özünü yaşadığı binanın 8-ci mərtəbəsindən atıb. Hadisə nəticəsində ağır xəsarətlər alan kişinin ölmədiyi, hazırda Hərbi-tibbi Akademiyada olduğu bildirilir.

İlkin məlumatlara görə, həmin şəxs milis əməkdaşları tərəfindən sürücülük vəsiqəsi alındıqdan sonra intihar etmək qərarına gəlib. Ərinin intihar cəhdini jurnalistlərə məhz onun arvadı bu cür açıqlayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar