Sürücülük imtahanının 10-cu saniyəsində müdhiş qəza
05 Avqust 2013 Bazar Ertəsi 05:45
Cənubi Koreya sakini olan bir qadın sürücülük imtahanında qəribə nəticə göstərib.
Cənubi Koreya sakini olan bir qadın sürücülük imtahanında qəribə nəticə göstərib. O, imtahan başlayandan 10 saniyə sonra qəza törədib və imtahan yarıda kəsilib. Bu barədə News Limited Network saytı xəbər verib və qəzanın baş vermə anı bir neçə gün boyunca Youtube saytında yer alıb.
Videoda açıq-aydın görünür ki, koreyalı qadın tərəfindən idarə olunan maşın yerindən tərpənir, bir neçə saniyə sonra yoldan çıxır, öncə böyrü üstə aşır, sonra isə dörd təkəri də göydə dayanır. Lenta.ru saytının xəbərinə görə, bütün bu baş verənlər idarəetmə üzrə təlimatçının qışqırtıları ilə müşayiət olunur. 31 saniyəlik videonu bu günə qədər yarım milyon şəxs izləyib. Sürücülüyə namizəd olan qadının kimliyi, neçənci dəfə imtahana girməsi, ömründə neçə dəfə maşın idarə etməsi barədə hər hansı məlumat yoxdur.
Xatırladaq ki, Cənubi Koreyalı qadınların sürücülük “qabiliyyət”ləri zaman-zaman rekordlar kitabına düşüb. 2009-cu ildə bu ölkənin sakini Cxe Sa Sun 950-ci cəhddən sonra sürücülük vəsiqəsi almışdı.
DOSTLARINLA PAYLAŞ: