Suriyaya hücuma Hizbullah cavab zerbeleri endirecek
29 Avqust 2013 Cümə Axşamı 14:36
Hizbullah resmileri istenilen anda ABŞ-a ve Qerbe müvafiq cavabı vereceklerini bildirib.
ABŞ və Qərb Suriyaya yeni bir hücum planı düşünür. “Hizbullah” qruplaşması Suriyadakı vəziyyəti izlədiklərini və müdaxilə olacağı təqdirdə cavab zərbələrinin endiriləcəyini açıqlayıb. ANSPRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, açıqlamada lazım olan anda müvafiq addımların atılacağı qeyd olunub. “Hizbullah” rəsmiləri mövzu ilə bağlı geniş açıqlama verməyiblər.
Xatırladaq ki, “Hizbullah” bir müddət əvvəl Suriyaya hakimiyyət dəyişikliyi məqsədilə müdaxilə olacağı təqdirdə İsrailə hücum edəcəklərini və Cənubi Livandan bu ölkəyə raket zərbələri endiriləcəyini bildirmişdi. ABŞ-ın rəhbərliyi ilə Qərb ölkələri isə Suriyaya qarşı yeni bir hücum planı düşünür.
DOSTLARINLA PAYLAŞ: