Suriyaya hücum etmek planımız yoxdur
31 Avqust 2013 Şənbə 08:19
Rasmussen: Zeherli qazlardan istenilən formada istifade qebuledilmezdir.
NATO-nun baş katibi Anders Foq Rasmussen alyansın Suriyaya qarşı heç bir hərbi planının olmadığını söyləyib. ANSPRESS-in “Presstv”- yə istinadən verdiyi məlumata görə, baş katib bu barədə Danimarkanın paytaxtı Kopenhaqendəki mətbuat konfransında çıxışı zamanı söyləyib.
“Rejimə qarşı əvvəlcədən nəzərdə tutulan beynəlxalq NATO reaksiyası olmayacaq. Bu cür addım alyansa bütün üzv dövlətlər tərəfindən dəstəkləndiyi halda gerçəkləşdirilə bilər. Fransa prezidenti Fransua Ollandın da qeyd etdiyi kimi Suriya rejimi kimyəvi silahlardan istifadə etdiyi üçün məsuliyyət daşıyır və beynəlxalq birlik buna ciddi reaksiya verməlidir”.
Rasmussen qeyd edib ki, zəhərli qazlardan istənilən formada istifadə qəbuledilməzdir və bu hal cavabsız qalmamalıdır. Alyans rəhbəri vurğulyıb ki, məsul şəxslər hesabat verməlidirlər. BMT-nin hesablamalarına görə, Suriyada toqquşmaların başladığı 2011-ci ildən sonra 100 minədək adam öldürülüb, 7 milyonadək insan isə öz yerlərini tərk etməyə məcbur olub.
DOSTLARINLA PAYLAŞ: