“Suriyaya hərbi müdaxilənin ağır nəticəsi olacaq”
22 Avqust 2011 Bazar Ertəsi 03:53
Ölkəsinin geçiş dövründə olduğunu deyən Əsəd fevral ayında parlament seçkisi keçiriləcəyini bildirib
Ölkəsində başlayan etiraz aksiyalarına qarşı həyata keçirdiyi zorakılıq səbəbilə beynəlxalq ictimaiyyətin hədəfinə çevrilən Suriya prezidenti Bəşər Əsəd televiziya ilə xalqa müraciət edib. Qərbin istefa çağırışlarını qəbul etməyən Əsəd, ölkəsinə qarşı keçiriləcək hər hansı bir hərbi müdaxilənin nəticəsinin təxmin ediləndən daha böyük olacağını deyib.

Baş verən iğtişaşlarda son günlər terror havası sezildiyini bildirən Bəşər Əsəd buna baxmayaraq ölkədə hər şeyin nəzarət altında olduğunu vurğulayıb.

Ölkəsinin geçiş dövründə olduğunu deyən Suriya prezidenti fevral ayında ölkəsində parlament seçkisi keçiriləcəyini bildirib.

Aparıcının “Türkiyə Qərbin oyuncağımı oldu?” sualına isə Bəşər Əsəd, “Məsləhətə qulaq asarıq, amma son qərarı da özümüz verərik” – deyə cavab verib.

Qeyd edək ki, bu, Suriyada iğtişaşların başlamasından sonra Bəşər Əsədin televiziya ilə ilk çıxışıdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar