Suriyaya hərbi müdaxilə söhbətinə Çin də qarışdı
31 Avqust 2013 Şənbə 03:54
Vanq Yi: Həqiqətin araşdırılması hər şeyin əsas qaydasıdır”.
Çinin xarici işlər naziri Vanq Yi Suriyaya müdaxilə məsələsində tərəfləri diqqətli olmağa səsləyib. ANSPRESS-in məlumatına görə, Çin Beynəlxalq radiosu xəbər verir ki, çinli nazir açıqlamasında ölkəsinin kimyəvi silahdan istifadənin əleyhinə olduğunu bəyan edib. Fransanın xarici işlər naziri Loren Fabiusla telefon danışığı zamanı Vanq BMT-nin kimyəvi silahdan istifadə ilə bağlı araşdırmalarını müstəqil, ədalətli, obyektiv və peşəkarcasına aparmasını dəstəklədiklərini söyləyib. O qeyd edib ki, müşahidəçilərin əsas məqsədi zəhərli qazlardan istifadə olunmasını dəqiqləşdirmək deyil, istifadə edilibsə bunun kim tərəfindən reallaşdırıldığını ortaya çıxarmaq olmalıdır. “Həqiqətin araşdırılması hər şeyin əsas qaydasıdır“ – deyə çinli nazir qeyd edib.
Pekin rəsmisi tərəfləri Suriyaya hərbi müdaxilə məsələsində tarix qarşısında məsuliyyətlə davranmağa səsləyib. Fransanın xarici işlər naziri Fabius isə kimyəvi silahdan istifadə edilməsi müqabilində müvafiq tədbirlərin alınmasının lazım olduğunu ifadə edib. Fabius BMT-nin araşdırmalarının sürətləndirməsinin vacibliyini vurğulayıb. Dialoq zamanı fransalı diplomat həmçinin Suriya böhranının yeganə həllinin siyasi yolla mümükünlüyünü qeyd edib.
DOSTLARINLA PAYLAŞ: